Türkiyəli tərəfdaşlarımız türk birliyi ideyasını inkişaf etdirir və bu normaldır. Amma Kreml təəssüf edir ki, xəritədə türk dünyasının mərkəzi olan Altayın üzərində böyük qırmızı ulduz yoxdur.
Müstəqil.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının Prezident Rəcəb Tayyib Ərdoğana böyük türk dünyasının xəritəsini hədiyyə etməsinə münasibət bildirərkən deyib.
“Təəssüf edirəm ki, xəritədə türk dünyasının mərkəzində böyük qırmızı ulduz yoxdur. Ora Türkiyədə deyil, hər bir türk üçün müqəddəs olan Rusiya Federasiyasının ərazisi olan Altaydadır. Bunu bir türkoloq kimi deyirəm”, – Peskov bildirib.
Müstəqil.Az