Rusiya ABŞ-la İran qarşıdurmasından qalib çıxacaq.
Müstəqil.Az xəbər verir ki, bu iddia “Nəşnl İnterest”də dərc edilən məqalədə əksini tapıb.
“Əgər ABŞ İrana qarşı fəaliyyətə Avropa Birliyi və özünün regional müttəfiqləri olmadan başlasa, o zaman Rusiyanın bu qarşıdurmadan qalib çıxmaq təhlükəsi yaranacaq. İranın daxilindəki hazırkı daxili narazılıqlar ABŞ-ı Tehrana qarşı sanksiyalar vasitəsilə maksimal təzyiq göstərməyə məcbur edə bilər. Bu strategiyada risklər mövcuddur. Məsələn, birtərəfli sərt sanksiyalar İranı nüvə razılaşmasından imtina etməyə və nüvə proqramını yenidən aktivləşdirməyə məcbur edə bilər. Bu addım öz növbəsində İsraili də aktivləşdirəcək, nəticədə Yaxın Şərqdə açıq müharibənin başlanması təhlükəsi yaranacaq. Əlavə sanksiyalar həmçinin İrandakı daxili vəziyyəti də pisləşdirə bilər ki, bu da siyasi böhran və hakimiyyət uğrunda mübarizə yaradacaq. Maraqlı məqam odur ki, İrana qarşı sanksiyalar, Suriyadakı fasiləsiz müharibə və Venesuelanın neft sənayesinin azaldılması Rusiyaya müsbət təsir göstərəcək. Buna görə də ABŞ dilemma qarşısındadır. Vaşinqton hazırda Rusiyaya iqtisadi fayda vermədən İranı necə cəzalandıracağını düşünür”, – deyə qəzetdə yayımlanan məqalədə yer alıb.
Müstəqil.Az