Kristianu Ronaldu Azərbaycana qarşı oynayacaq

Kristianu Ronaldu Azərbaycana qarşı oynayacaq

Portuqaliya milli futbol komandası Azərbaycana qarşı növbəti oyunu paytaxt Lissabonda deyil, İtaliyanın Turin şəhərində keçirəcək.

Müstəqil.az xəbər verir ki, bu qərarın ortaya çıxmasında Portuqaliya milli komandasının kapitanı, hazırda İtaliyanın “Yuventus” komandasında oynayan Kristianu Ronaldu mühüm rol oynayıb. Dəyişiklik Portuqaliya paytaxtı Lissabonda koronovirusla bağlı vəziyyətin acınacaqlı olması ilə bağlıdır.

İtaliyada yayımlanan xəbərlərə görə, Kristianu Ronaldu Portuqaliya millisinin “Yuventus”un təlim mərkəzində məşq etməsini arzulayır.

Portuqaliya gələn həftə Turində 2022-ci ildə keçiriləcək Dünya Kubokunun seçmə mərhələsində Azərbaycanın milli futbol komandasına qarşı oynayacaq. Meydana çıxanlar arasında Kriştianu Ronaldu da var.

Share: