Güney Azərbaycanda tarixi torpaqlarımıza qarşı kürd iddiaları gündəmindən düşmür.
Müstəqil.Az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin Bəyanatında belə deyilir.
1979-cu il İran İslam İnqilabından sonra Azərbaycan adının sənədlərdən silinməsi və Güney Azərbaycanın müxtəlif hissələrə bölünərək parçalanması istiqamətində çirkin siyasətin ardınca, tarixi Azərbaycan torpaqlarında kürdlərin yerləşdirilməsi bölgədə vəziyyəti acınacaqlı halaə salıb.
Son günlər isə kürdlərin kütləvi şəkildə Ərdəbil Ostanının Parsabad şəhərində yerləşdirilməsi xəbərləri yayılıb. Bu kürd əsilli şəxslər bölgəytə iş adamı adı ilə gətirilsə də məqsəd türk nüfuzunu aşağı salmaqdır. Kürdlərin Güney Azərbaycanın müxtəlif vilayətlərində yerləşdirilməsi İran siyasətinin tərkib hissəsidir.. Fars şovinistləri çox çirkin planlarını gerçəkləşdirərək Güney Azərbaycanı demoqrafik göstəricilərini özünün və kürdlərin lehinə dəyişdirmək istəyir.
Eyni zamanda təhlükəli məqamlardan biri də odur ki, kürdlərin Azərbaycan torpaqlarına yerləşdirilməsi kürd terror təşkilatlarının dəstəyi və planı ilə də həyata keçirilir. İllərdir bölgədə PKK, PEJAK, KOMOLA öz terror fəaliyyətlərini davam etdirir, bir çox uydurma xəritələrdə Azərbaycan torpaqlarını öz əraziləri kimi göstərməklə Azərbaycanla bağlı ççox məkrli planlarını ortaya qoyur.
Güney Azərbaycanda kürd mühacirlərin sayının artmasına və bölgədə kürdləşdirmə ilə bağlı bütün fəaliyyətlər dərhal dayandırılmalıdır. Azərbaycanda gələcək tarixi faciələri önləmək üçün bütün milli qüvvələr bu prosesə diqqət yetirməli və İran rejimindən bu siyasəti dayandırmağı tələb etməlidirlər.
Müstəqil.Az