Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin daha bir Sərəncamı ilə Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.