Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2023” başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, budəfəki marafona 19.500 nəfər iştirakçı qeydiyyatdan keçib.
Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib.
Yarışın qalibi Ukrayna vətəndaşı Boqdan Simonoviç olub. Qadınlar arasında isə birinci yerin qalibi Ukrayna təmsilçisi Natalya Simonoviçdir.
Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib.
Qeyd edək ki, “Bakı Marafonu 2023” ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.
Video: Pərvin Zeynal