Kürəkənin dostundan xalq şairinə hədiyyə – Foto

Tanınmış müğənni Ramal İsrafilov xalq şairi Sabir Rüstəmxanlının doğum gününə maraqlı bir hədiyyə hazırlayıb.
Müstəqil.Az xəbər verir ki, Ramal İsrafilov xalq şairinin 72 yaşının tamam olması münasibətilə onun sözlərinə bəstələnmiş mahnılardan ibarət albom buraxıb.
Albomda şairin “İki kəlmə”, “Əbədi sevda” və başqa şeirlərinə bəstələnmiş mahnılar yer alıb.
Qeyd edək ki, müğənni Ramal İsrafilov S.Rüstəmxanlının qızı Aydanın həyat yoldaşı, Şipşirin Elçin kimi tanınan Elçin Cəfərovun dostudur.
Xalq şairinin bu gün 72 yaşı tamam olub.
Müstəqil.Az

Share: