Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Müstəqil.Az