Kürdəmirdə 18 nəfər cərimələndi

Kürdəmirdə 18 nəfər cərimələndi

Son 2 gündə Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozduqlarına görə 18 nəfər rayon sakini cərimələnib.

Bu barədə Kürdəmir Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, polis şöbəsinin əməkdaşları gün ərzində istər rayon, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində Operativ Qərargahın əmrlərinə əsasən mühüm işlər həyata keçirirlər. Polis əməkdaşları insanlar arasında profilaktik söhbətlər aparır və onlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi və tibbi maskadan istifadə etməyi, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son 2 gün ərzində polis şöbəsinin əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 18 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 100-200 manat məbləğində cərimə tətbiq ediblər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Müstəqil.Az 

Share: