Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kürdəmir rayonunda 48 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Famil Ağabala oğlu Eyyubov ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.