Meksikanın kurort şəhəri olan Kankunda polis və muzdlu qatillər arasında atışma baş verib.
Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, atışma nəticəsində 5 nəfər həyatını itirib.
Atışmanın şəxsi ərazidə baş verdiyi, bir polisin öldüyü və birinin də yaralandığı bildirilir.
Hadisə yerinə polislə yanaşı hərbçilər və dəniz piyadaları da cəlb olunub.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Qeyd edək ki Meksikada bu cür hallar son müddətdə artmağa başlayıb. Belə ki, bu ilin iyununda naməlum şəxslər Quanaxuato ştatının Salamanka şəhərində 5 polis nəfərinin güllələyərək öldürüb. Naməlum şəxslər maşınla nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq məntəqədəki polislərə atəş açmağa başlayıblar. Onlar məntəqədəki polisləri öldürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.