Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq.
Bu barədə -ya səfirlikdən bildirilib.
“Küveytin Azərbaycan Respublikasındakı səfirliyi dərin kədər hissi ilə bildirmək istəyir ki, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 16 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.
Bununla əlaqədar olaraq 18 – 20 dekabr 2023-cü il tarixləri arasında, saat 11:00-16:00-dək Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin rəsmi iqamətgahında başsağlığı kitabı açılacaq”, – deyə səfirliyin məlumatında qeyd olunub.