Şimali Koreya (KXDR) Rusiyaya KN-23 ballistik raketlərindən əlavə 600 mm-lik uzaqmənzilli KN-25 yaylım atəşli reaktiv sistemləri (YARS) da verə bilər.
xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von “Yonhap” agentliyinə müsahibəsində bildirib.
“Şimali Koreyanın hazırladığı raketlər arasında “İskəndər” (KN-23) və 600 mm-lik iri çaplı YARS (NK-25) da olub. Şimali Koreya Rusiyaya onlarla belə sistem göndərə bilər” – deyə nazir qeyd edib.
Bu sistemlər idarəolunan 500 mm-lik mərmilərlə 400 km məsafəni atəşə tutur və taktiki raket sistemi ilə YARS-ın hibrididir. Xarici KİV Moskvanın bu sistemləri əldə etmək arzusu barədə ötən sentyabrda məlumat vermişdi.