ABŞ hərbi komandanlığı Yaponiyada Silahlı Qüvvələrinin qərargahının funksiyalarını genişləndirmək niyyətindədir.
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, qərargahın Yaponiya Özünümüdafiə Qüvvələri ilə birgə təlimləri müstəqil şəkildə planlaşdırması və Yaponiya tərəfi ilə daha fəal məlumat mübadiləsi aparmaq imkanı verməsi nəzərdə tutulur.
İkitərəfli Təhlükəsizlik Müqaviləsinin hərtərəfli yenilənməsini də nəzərdə tutan təşəbbüsün Yaponiyanın Baş naziri Fumio Kisidanın ABŞ Prezidenti Co Baydenlə aprelin 10-na planlaşdırılan qarşıdakı görüşündə təsdiq ediləcəyi gözlənilir.
Kisida aprel ayında ABŞ-yə səfər edəcək və burada da Konqres qarşısında çıxış edəcək.