Lənkəran Dövlət Universiteti yeni tədris ilini sürprizlərlə qarşılayır.

LDU yeni tədris ilini sürprizlərlə qarşılayır.

2019-2020-ci tədris ili Lənkəran Dövlət Universitetinin həyatında ən əlamətdar il kimi yaddaqalan olacaq.Bu il universitet tələbələrini xoş sürprizlərlə qarşılayır.Ən ürəkaçan yenilk cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni  yataqxana binasının inşa olunub tələbələrin istifadəsinə  verilməsidir.Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil  olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alır,onda yeni yataqxana binasının necə böyük əhəmiyyət daşıdığı aydın olur.Qeyd edək ki, yeni yataqxana binası tam modern uslubda inşa olunub və burada tələbələrin rahat yaşamaları,istirahət etmələri üçün hər cür şərait yaradılıb.Yataqxana binasının fasiləsiz internetlə təmin olunması,burada  kitabxananın,idman ,istirahət otaqlarının yaradılması tələbələrin rahat təhsil almalarına  imkan verəcək.

Yeni tədris korpuslarının inşa olunması da  cari tədris ilinin ürəkaçan yeniliklərdəndir. Məlumat üçün bildirim  ki,son  illərdə  Lənkəran Dövlət Universitetinə tələbə qəbulu təqribən  2 dəfədən  çox artıb.Qeyd edək ki,təkcə  bu il LDU-ya   30 ixtisas üzrə 1200-ə qədər tələbə qəbul olunub ki, bu da universitet tarixində rekord nəticədir.

Bölgədə pedaqoji ixtisaslar üzrə mütəxəssislərə olan tələbatı ödəmək məqsədilə bu ildən fizika müəllimliyi, riyaziyyat müəllimliyi,təsviri incəsənət müəllimliyi ixtisasları üzrə  kadr hazırlığını həyata keçirəcəyik.Qeyd edək ki, ölkənin ən gənc tələbəsi də LDU-da təhsil alacaqdır.Lənkəran rayonunun Şilavar kənd sakini ,15 yaşlı Miryusif Feyzullazadə universitetimizin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

Yeni istifadəyə veriləcək 5 mərtəbəli  tədris binasında universitetin Təbiyyat fakültəsinin tələbələri dərslərini keçəcəklər.Yeni tədris korpusunda müasir tipli kimiya və biologiya tədris labaratoriyaları  Almaniya istehsalı olan modern avadanlıqlarla,qurğularla  təmin edilib. Tələbələrin informatika dərslərini yüksək səviyyədə keçmələri üçün tədris korpusunda yeni kompyüterlərlə təchiz olunmuş informatika kabinetləri yaradılıb,dərs otaqlarında elektron lövhələr quraşdırılıb.

Universitetin I  saylı tədris korpusu da  yeni tədris ili  üçün əsaslı təmir olunub.Qeyd edək ki, LDU-nun bütün tədris korpuslarında  dərslər yeni tədris ilindən müasir səviyyədə qurulmuş  dərs otaqlarında keçiriləcəkdir. Universitetin 4 fakültəsi- Təbiyyat, İqtisadiyyat və idarəetmə, Humanitar, Aqrar və mühəndislik fakültələrinin hər biri cari tədris ilindən ayrıca korpuslarda yerləşdirilib. Hər bir fakültəyə aid olan laboratoriyalar müasir səviyyədə yeni tədris binalarında quraşdırılmışdır. Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədilə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən “Aqrar və mühəndislik” fakültəsinin tələbə- müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında yazlıq və payızlıq əkinlər keçirilir,sitrus bağı və çay plantasiyası salınıb.

Universitetdə eyni zamanda yeni istifadəyə verilmiş müasir tipli “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası”  laboratoriyaları yeni tədris ilinə tam şəkildə hazırlanılmış və cədvəl üzrə Baytarlıq və Qida məhsulları mühəndisliyi ixtisaslarının labaratoriya işlərinin aparılması orada nəzərdə tutulmuşdur. Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işlənərək hazırlanılmışdır. Burada fənnlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənllər dəyişdirilərək ixtisasların spesfikasına uyğunlaşdırılmışdır.

Universitet keçən tədris ilində ikili diplom proqramı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə iki tərəfli müqavilə imzalamışdır. Artıq bu tədris ilində İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə iki tələbəmiz Azərbaycan Dövlət İqtisad Universitetində həmin proqram əsasında təhsillərini davam etdirəcəkdir.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti ötən tədris ilinədək Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot lahiyənin iştirakçısı olmuşdur. Bu tədris ilində də bu istiqamətdə işləri davam etdirəcəyik.  Cari tədris ilindən  LDU-nun  regionun bir neçə orta məktəbini himayəyə götürlməsi məsələsi də öz həllini tapacaqdır .

Qəbulun nəticəsindən sonra dərs yükləri bir daha nəzərdən keçirilərək tam olaraq müəllimlər arasında bölgüsü aparılmışdır.  Tədris prosesində müəllimləri həvəsləndirmək məqsədilə  yeni tədris ilindən  əmək haqları  diferensial qaydada hesablanacaq ki,bu da müəllimlər arasında sağlam rəqabətin yaranmasına və nufuzlu elmi jurnallarda dərc etdikləri elmi məqalələrin sayca və keyfiyyətcə  artmasına şərait yaradacaq.

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən.

Share: