LDU-da I Beynəlxalq Onlayn Konfrans keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Moskva Pedaqoji Dövlət Universitetin Xarici Dillər İnstitutu ilə birgə “Məktəb və pedaqoji təhsilin ayrı – ayrı mərhələrində linqvistikanın və xarici dilin tədrisinin aktual problemləri” mövsunda I Beynəlxalq Onlayn Konfrans keçirilib.Konfransda hər iki ali təhsil müəssisəsinin tələbələri, magistrantları, aspirant və doktorantları iştirak edib.
Konfransın açılışında Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutunun direktoru professor Sergey Alekseyeviç Zasorinin və Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun iştirakçılara təbrik məktubları oxunub. Təbrik məktublarında I Beynəlxalq Onlayn Konfransın hər iki ali məktəb üçün səmərəli olduğu vurğulanıb və bu cür tədbirlərin gələcəkdə daha geniş formada keçirilməsinin vacibliyi qeyd edilib.
Konfransı Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutu tərəfindən professor Zinaida Nikitenko,Lənkəran Dövlət Universiteti tərəfindən sosial məsələlər üzrə prorektor, dosent Kamran Kazımov idarə ediblər.Çıxışlarda elmi konfransların birgə keçirilməsinin hər iki tərəf üçün səmərəli olduğu vurğulanıb. Onlayn Konfransda hərəyə səkkiz olmaqla, ümumilikdə on altı məruzə dinlənilib və müzakirələr aparılıb.
Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutunun direktoru prof. Sergey Alekseyeviç Zasorin və dos. Kamran Kazımov konfransın yekununda tədbirin işgüzarlıq şəraitində keçdiyini, dinlənilən məruzələrin aktuallıgını və belə tədbirlərin elmin inkişafına , qarşılıqlı əlaqələrin təkmilləşməsinə müsbət təsir göstərdiyini vurğulayıblar. Gələcəkdə elmi əlaqələrin və ikitərəfli əməkdaşlıgın daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Esmira İSMAYILOVA
Müstəqil.Az