Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili piyadalar Lənkəran şəhər sakinləri 1996 -cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizli və 1977 -ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.
Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.