Bu gün yerli vaxtla saat 03:16-da Lənkəranda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Lənkəran stansiyasından 19 kilometr şimal-qərbdə qeydə alınıb.
Lənkəran ərazisində zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.