Əslən Laçın rayonunun Sus kəndindən olan şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov bu gecə vəfat edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a İlham Qəhrəman özü danışıb.
İlham Qəhrəmanın sözlərinə görə, 20 ilə yaxındır atasının gözləri tutulmuşdu: “Amma səhhətindən başqa şikayəti yox idi. Atam Laçının alınması xəbərinin sevincinə tab gətirmədi”.
Allah rəhmət eləsin!
Müstəqil.Az