“Sülhməramlılar Laçın dəhlizinin dekabrın 26-da açılacağını açıqladılar”.
Müstəqil.Az xəbər verir ki, bunu erməni mediasına Xankəndidəki mitinqdə iştirak edən separatçı Artur Qriqoryan deyib.
“Sülhməramlılarla görüş rəvan, gərginlik olmadan keçdi. Biz azərbaycanlıları görmədik. Sülhməramlılar yolu bağladılar ki, bu, baş tutmasın. Biz ora münaqişə məqsədi ilə getməmişdik. Sülhməramlılar bizə söz verdilər ki, dekabrın 26-da yol açılacaq. Onların fikrincə, bu gün Rusiyada mühüm görüş baş tutacaq, ondan çox şey asılıdır”, – deyə separatçı bildirib.
Qeyd edək ki, söhbət, yəqin ki, dekabrın 26-27-də Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilən MDB-nin qeyri-rəsmi sammitindən gedir”, – deyə media yazıb.
Məlumat üçün deyək ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin də həmin görüşdə iştirak edəcəyi gözlənilir.
Laçın dəhlizindəki aksiyaya gəlincə, aksiyanı Azərbaycan başlayıb, Azərbaycan da bitirəcək. Qərarı özümüz veririk.
Müstəqil.Az