Laçında qəzada həlak olan hərbçilər dəfn ediliblər – FOTO

Laçında qəzada həlak olan hərbçilər dəfn ediliblər – FOTO

Laçında qəzada həlak olan hərbçilər dəfn ediliblər – FOTO

Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu dəfn olunub.

-nın yerli bürosunun məlumatına görə, hərbi qulluqçu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

***

13:04

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib.

-nın yeri bürosunun məlumatına görə, yol qəzasında həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.

***

12:45

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu ilə vida mərasimi keçirilir.

-nın yeri bürosunun məlumatına görə, yol qəzasında həlak olan hərbi qulluqçumuzla vida mərasimi Gəncə şəhərində yerləşən evində keçirilir. Mərasimdə onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər ica hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edir. Vida mərasimindən sonra Həsən İsmayılov Gəncənin şəhidlər xiyabanında dəfin ediləcək. 28 yaşlı gizir ailəli olub, 2 övladı var.

Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu ilə də vida mərasimi keçirilir.

-nın yerli bürosu xəbər verir ki, onunla vida mərasimi doğulduğu Xaçmaz rayonunun Sayad kəndində keçirilir. Vida mərasimində mərhumun yaxınları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən açıqlayıb ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Fuad Nazimoğlu

Cəfər Talıb

Share: