Artıq Laçın rayonu, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətindədir.
Bu xəbərə ən çox sevinən yəqin ki, elə bu yerlərin sakinləri olub.
Zabux kənd sakini Gəncəvi Fərəcov bildirib ki, Laçından didərgin düşəndə onun 33 yaşı olub.
“30 il vətən həsrəti çəkmişik. Azərbaycanın hər qarış torpağı bizim üçün doğma olsa da, öz doğulub boya-başa çatdığımız, uşaqlığım, gəncliyim keçən Zabux kəndi mənim üçün daha əzizdir. Hər zaman o torpaqlarda yaşamaq istəmişəm” – deyə, o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: