“Land Cruiser”lə vurulan piyada öldü

“Land Cruiser”lə vurulan piyada öldü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən şəhər sakini – 1952-ci il təvəllüdıü Sevda Məmmədovanı vurub. Piyada xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan fakt saytımıza təsdiq edilib. Bildirilib ki, hadisə ilə bağlı zəruri istintaq tədbirləri aparılır.

Amin Nəzərli


Share: