Bakıda faciəvi hadisə baş verib.
MÜSTƏQİL AZ -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayon sakini, 1953-cü il təvəllüdlü Babayev Əlibaba Hacıbaba oğlu laqonda ilə iş görən zaman ehtiyatsızlıqdan özünü doğrayıb.
Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Əlibaba Babayev aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
MÜSTƏQİL AZ