Latviya-Belarus sərhədində hibrid təhlükə: Məzuniyyətdə olan hərbçilər geri çağırıldı

Latviya-Belarus sərhədində hibrid təhlükə: Məzuniyyətdə olan hərbçilər geri çağırıldı

Latviya Dövlət Sərhəd Xidməti Belarusla sərhədi möhkəmləndirmək üçün əməkdaşlarını məzuniyyətdən geri çağırır.

Bu barədə Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatında bildirilib.

Qeyd olunur ki, xarici dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədilə əlavə sərhəd dəstələri səfərbər edilir.

“Qərar ötən sutka ərzində Latviya-Belarus sərhədində hibrid təhlükənin kəskin artması, sərhədi qanunsuz keçməyə 96 cəhdin aşkarlanması, habelə Belarus hakimiyyətinin qeyri-qanuni immiqrant axınının təşkilində iştirakının artması və hibrid təhlükənin güclənməsi riski ilə bağlı məlumatlar fonunda qəbul edilib”, – deyə məlumatda qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının illik məzuniyyəti dayandırılıb, artıq istirahətdə olanlar isə geri çağırılıb. Həmçinin milli silahlı qüvvələrdən və polisdən əlavə dəstək istənilib.

Mənbə: UNİAN

Share: