Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı “persona non-qrata” elan edib.
xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
“Latviya Respublikasının Xarici İşlər Naziri Rusiya səfirliyinin diplomatlarından birini arzuolunmaz şəxs elan etmək qərarına gəlib”, – deyə məlumatda deyilir.
Bildirilib ki, rusiyalı diplomat aprelin 10-dək ölkəni tərk etməlidir.
Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Moskva Latviyanın bu qərarına müvafiq cavab verəcək.