Latviya Rusiyadakı səfirini geri çağırır, həmçinin Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırır. “Delfi” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Edqar Rinkeviç deyib.
Nazir Twitter sosial şəbəkəsindəki bloqunda Latviyanın Rusiyadakı səfiri Maris Riekstinsi məsləhətləşmələr üçün Riqaya geri çağırdığını deyib.
Bundan əlavə, nazir Rusiya vətəndaşlarına Latviya vizalarının verilməsini dayandırmaq qərarına gəlib.
İstisna humanitar şəraitlə bağlı hallar ola bilər.
Müstəqil.Az