Baltikyanı ölkələrin liderləri Avropanı Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşmaq üçün hərbi xidmətə çağırış və xüsusi müdafiə vergisindən tutmuş hərbi xərclərin kəskin şəkildə artırılmasına qədər müxtəlif addımlara atmağa çağırır.
xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkevics və Estoniya Prezidenti Alar Karis “Financial Times”ə olan müsahibələrində deyiblər.
Latviyanın dövlət başçısı Edqars Rinkevics bildirib ki, Avropa ölkələri “soyuq müharibə dövründəki xərclər” səviyyəsinə qayıtmalı və müdafiə qüvvələrinin gücünü artırmaq üçün məcburi hərbi xidmətin qaytarılmasını müzakirə etməlidir.
“Hərbi xidmətə çağırışla bağlı ciddi müzakirələrə ehtiyac var”, o deyib.
Latviya dövlət başçısı vurğulayıb ki, hərbi rəislər tam peşəkar qüvvələrə malik olmağa üstünlük verirlər və bunun üçün də məcburi xidmət qeyri-populyar ola bilər:
“Heç kim döyüşmək istəmir, ancaq problem ondadır ki, heç kim işğal olunmaq da istəmir. Heç kim Ukraynada baş verənlərin burada baş verməsini görmək istəmir”.
Estoniya Prezidenti Alar Karis isə ayrıca müsahibəsində hərbi satınalmaları maliyyələşdirmək üçün xüsusi verginin nəzərə alınmağa ehtiyac olduğunu deyib. Karis əlavə edib ki, ABŞ NATO daxilində bütün müdafiə xərclərinin 68 faizini təşkil edir:
“Keçən il Avropa üzvləri və Kanada üçün 404 milyard dollara qarşı 860 milyard dollar xərcləyib”.
“Biz nəsə etməliyik ki, ən azı 50-50 (Avropa ilə ABŞ arasında) olsun. Bu, bizim üçün daha yaxşı olardı. Bu, birbaşa müdafiəyə pul qoymağın bir yoludur və insanlar bu pulun hara getdiyini başa düşürlər”, – Alar Karis qeyd edib.
O əlavə edib ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropanı müdafiə sahəsinə daha çox xərcləməyə çağırmaqda haqlıdır:
“Bu, bizim müdafiəmizdir və biz bunu özümüz üçün etməliyik”.