window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Latviyaya daxil olan Rusiya Federasiyası vətəndaşlarından bu ölkənin Ukraynadakı əməliyyatlarını pisləyən sənəd imzalaması tələb olunur.
Bu barədə Latviyanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, sərhəddə yoxlamaların məqsədi Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən və “Latviyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək” şəxslərin müəyyən edilməsidir. “Yoxlamalar zamanı, məsələn, vaxtilə Rusiya və ya Belarusun güc strukturlarında xidmət etmiş əcnəbilərə xüsusi diqqət yetirilir”, – deyə dövlət təhlükəsizlik xidmətindən bildirib.
Mənbə: TASS