Latviya Seymi (parlament) XİN rəhbəri Edqar Rinkeviçi ölkənin yeni Prezidenti seçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Məlumata görə, 52 deputat Rinkeviçin lehinə səs verib.
Xatırladaq ki, bu Seymdə keçirilən səsvermənin üçüncü turu olub. Rinkeviç I və II turda seçilmək üçün tələb olunan minimum 51 səsi toplaya bilməmişdi. Sözügedən turlarda o, 42 səs toplayıb. Ölkənin hazırkı Prezidenti Eqil Levits isə yenidən namizədliyini irəli sürməyib.