Lavrov Qarabağda minaların təmizlənməsi və kommunikasiyaların blokdan çıxarılması barədə

Lavrov Qarabağda minaların təmizlənməsi və kommunikasiyaların blokdan çıxarılması barədə

Bütün humanitar məsələlər maksimum operativ həll olunmalıdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, bu, həm həlak olanları meyitlərinin qaytarılmasına, həm də minalanmış ərazilərin xəritəsinə aiddir: “Bu məsələ Yerevanda müzakirə olunub. İlkin addımlar atılıb. Hesab edirik ki, bu məsələ tezlikllə həll olunacaq”.

Rusiya XİN başçısı onu da bildirib ki, kommunikasiyaların bərpası məsələsi bütün maraqlı tərəflərin, təkcə Azərbaycanla Ermənistanın deyil, həm də qonşu ölkələr qismində Rusiya, Türkiyə və İranın mövqeyi nəzərə alınaraq həll olunur.

Share: