Rusiya xarici işlər naziri Sergey Lavrovun üzərində “FCKNG QRNTN” yazısı olan maska ilə şəkil çəkdirməsi böyük əks-səda doğurub.
Müstəqil.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Çində səfərdə olan XİN rəhbəri jurnalistlərin ona hədiyyə etdiyi maskanı taxaraq kamera qarşısına çıxıb.
Maskanın üzərindəki yumoristik və bir az da ictimai baxımdan kobud yazı (karantın təhqir edilir) diqqət çəkən məqamlardan olub.
Müstəqil.Az