Laylanı vətən çalır, Yat, yuxusu daş qadın! Saçları müharibə, Gözləri savaş qadın!

Laylanı vətən çalır, Yat, yuxusu daş qadın! Saçları müharibə, Gözləri savaş qadın!

Elşad BARATın şəhidlərimizə yazdığı  şeirlər

Şəhid Arəstə Baxışovaya ithaf

Laylanı vətən çalır,
Yat, yuxusu daş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
Savaşın ortasında,
İgidliyin mübarək,
Həkimliyin mübarək,
Şəhidliyin mübarək!
Sən yaralı əsgərin,
Ağrısın duyan həkim,
Savaşda igidlərə,
Şəfa paylayan həkim.
Həkimiyin yetmədi?!
Sən ər kimi savaşdın,
Ana kimi vuruşdun,
Əsgər kimi savaşdın.
Kim yazıb bu savaşı,
Ömrünün ağ yerinə?
Sənə güllə atdılar,
Çiçək atmaq yerinə.
Yoxdumu indi səni,
Arayan, şəhid qadın.
Saçlarını mərmilər,
Darayan şəhid qadın.
Eybi yox, yaraların,
İzləri də itəcək,
Almadığın çiçəklər,
Məzarında bitəcək.
Bitəcəksə savaşlar,
Bu dünyaya bir də gəl.
Taleyini bağışla,
Bu dünyaya bir də gəl.
Bir də gəl, anam qadın!
Bir də gəl, qardaş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
Bir 1 nəfər və mətn şəkili ola bilər

Şəhid Şamxal Əjdərliyə ithaf

Müharibə başlayır. Şamxal Əjdərli ailəsindən gizlin gedib yazılır, sonra zəng edib evə xəbər verir ki, mən getdim savaşa. Gedəndə dostunun ona hədiyyə verdiyi saatla bərabər gedir. Bir çox savaşlarda olur, qəhrəmanlıqlar göstərir, Füzuli döyüşlərində şəhid olur. Bu şeiri indicə ona yazdım.
Tariximdə qələbə,
Saçlarımda dən igid.
Ailəsindən xəbərsiz,
Döyüşə gedən igid.
Sən savaşa qələbə,
Yolunda yollanmısan.
Dostun verən saat da,
Qolunda yollanmısan.
O saatın zamanı,
Min məna verir indi,
Düzülüb əqrəbləri,
Haqqı göstərir indi.
Göstərir sənin kimi,
İgidin cəsarətin,
Torpağa məhəbbətin,
Vətənə sədaqətin.
İndi sənin şəninə,
Nə yazsam, desəm, azdı,
Sənin kimi oğullar,
Bu vətənin qəlbinə,
Zəfər sözünü yazdı.
Əbədidir, vətənin
Qəlbində odunuz var.
Yazdığınız tarixin,
Önündə adınız var.
Adınız var hər kəsin,
Ürəyində, dilində.
Sizə səcdə eləyir,
İllər hər fəsilində.
\Fəsil-fəsil yaşayıb,
Tarix qalacaqsınız.
Bu xalqın yaddaşında,
Dastan olacaqsınız.
Bir 1 nəfər və hərbi forma şəkili ola bilər

Mən səni tanıyıram

Şəhid Əkbər Hüseynliyə ithaf

Mən səni tanıyıram,
Zəfər, qələbə şəhid.
Mən səni tanıyıram,
Salam, tələbə şəhid.
Soy adın Hüseynli,
Adın da Əkbər sənin,
Vətən məhəbbətindən,
Qiymətin zəfər sənin.
Kağız diplomu alan,
Çoxdu, neçə nəfərdi.
Amma sənin diplomun,
Şuşadı, Kəlbəcərdi.
Tanrı bütün dağların,
Taleyini tən yazıb,
Ayaq izin Murovda,
Qar üstə “vətən” yazıb.
Yazıb itgin dedilər,
Gizlədi zaman səni,
Bircə günə bir ömür,
Gözlədi anan səni.
Mən səni tanıyıram,
Cənnətin güllərindən,
Mən səni tanıyıram,
Kərbəla çöllərindən,
Tanıyıram, əbədi
Yadda qalan birisən,
Birdən birə böyüyüb
Vətən olan birisən.
Mən səni tanıyıram,
Torpağın canındasan,
Atanın yuxusunda,
Tanrının yanındasan.
Bir 1 nəfər, ayaqda, hərbi forma və mətn şəkili ola bilər
Share: