Laylayla başlayan, ağı ilə qurtaran dünya

Laylayla başlayan, ağı ilə qurtaran dünya

Rövşən Novruzoğlu 

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq

(Xüsusi olaraq Müstəqil.Az üçün

Araşdırma materiallarına görə artıq yaşadığımız dünya səs-səsə və qorxu içərisindədir. Biz Allahı unutduq, onun gücünün, qüdrətinin üstündən qələm çəkdik. Çox qədim əlyazmalarda “Laylay” sözünə maraqlı bir aydınlıq gətirilib. Pentaqonda İslamşünaslar həmin qədim mənbələrə istinad edərək qənaətə gəliblər ki, “Lay-lay” sözünün mənşəyi, kökü “La ilahə illəllah”dır. Yəni, Allahdan başqa Allah yoxdur…” Hər hald maraqlıdır.

Bu gün dünya qopur. Mərhum yazıçımız Ə.Əbülhəsənin “Dünya qopur” romanıyada düşür. “Dünya qopur” ifadəsini ilk dəfə ədəbiyyata, tədqiqata məhz o gətirib… Allah rəhmət eləsin. Beləlikə gəlib yetişdik dünyanın sonuna…

Yer üzündə dağılan, viranə qalan birinci Allah evləri – məscidlər olacaq. Bunu bizim tədqiqatlar da göstərir. Hətta apardığımız hesablamalara görə hansı məscidin, haçan, n vaxt dağılacağı, viranə qalacağı haqqında da ilkin məlumarlar var. (“Ya Allah” sözü ilə ilk daşı qoyulan və hörülən məscidlər hələ bir müddət dağıntıdan, məhv olmaqdan kənarda qalacaq…

Azərbaycanda belə məscid azdır. Məsələn “Bibiheybət” məscidi, yenidən qurulan “İmamzadə” (Gəncə) “Heydər məscidi”, “Diri Baba” və… Qeyd edim ki, bilavasitə göylərlə təmasda olan bu məscidlər öz ərzilərini baş verən zəlzələlərdən, fəlakət və dağıntılardan qoruyacaq…

Vaxtından qabaq dağılacaq ibadətgahlarımıza nəzər salaq.

Dünyanın ən ətirli məscidi Təbriz şəhərindədir.Məscid inşa edilərkən palçığına misk ətiri əlavə edilib və 600 il keçməsinə baxmayaraq hələ də misk qoxusu gəlir. (Məscidin sıradan çıxma ehtimalı: 2023.03.20).

Səudiyyə Ərəbistanın Məkkə şəhərində olan Məscid-ül Haram ilk sırada yer alır. İçərisində qibləmiz Kəbənin yerləşdiyi bu məscid dünyanın ən müqəddəs və ən böyük məsciddir. Məscid-ül Haramın 89 metr uzunluğunda 9 minarəsi var və burada 900 000 insan eyni anda ibadət edə bilir. Həcc zamanı bu rəqəm 4000 000-a çatır. (Məscidin sırada çıxma ehtimalı: 2023-06.06).

2-ci yerdə isə Məscid-i Nəbəvi dayanır. Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s.) tərəfindən inşa edilən bu məscid Mədinədə yerləşir. Məscid-i Nəbəvinin 105 metrəlik 10 minarəsi və Peyğəmbərimiz ilə uyğunlaşdırılmış rəngi olan yaşıl qübbəsi vardır. Peyğəmbərimiz (s.a.s), Hz.Əbubəkir və Hz.Ömərin də qəbirlərinin yeləşdiyi Məscid-i Nəbəvidə eyni anda 600 000 nəfər ibadət edə bilir. Həcc zamanı bu rəqəm 1 000 000-a çıxır. (Məscidin sıradan çıxma ehtimalı: 2023.04.03).

Dünyanın ən böyük 3-cü məscidi II Həsən məscididir. Kral Həsən tərəfindən 1993-cü ildə Kasablanka şəhərində inşa edilmişdir. 210 metrəlik minarəsi ilə bu məscid dünyanın ən uzun dini binası olaraq qeydə keçmişdir. Məsciddə eyni anda 105 000 nəfər ibadət edə bilir. (Məscidin sıradan çıxma ehtimalı. 2023.03.29).

4-cü yerdə Əbu Dabidə yerləşən Şeyh Zayed Bin Sultan Al Nahyan məscidi dayanır. Yerli əhali tərəfindən qısaca “Böyük məscid” adlandırılır. 82 minarəli məscid Abu Dabide 2007-ci ildə açıldı. Məscidin baş qübbəsi 32.8 metr enində və 85 metr uzunluğundadır. Məscid həm dünyanın ən böyük əldə toxunmuş xalçasına, həm də dünyanın ən böyük şamdanına sahibdir. Burada eyni anda 40 000 nəfər ibadət edə bilir. (Məscidin dağılma ehtimalı. 2023.05.06).

İmam məscidi dünyanın 5-ci ən böyük məscididir. İsfahanda yerləşən bu məscidin divarları 7 rəngdən ibarət mozaiklərlə örtürülmüşdür. 1611-ci ildə tikilməyə başlanan məscid, 18 il sonra 1629-cu ildə tamamlanmışdır. Buranın akustikası elə mükəmməl qurulmuşdur ki, ən kiçik səsin əks-sədası belə çox olur. Araşdırmalar göstərmişdir ki, burada 49 növ əks-səda mövcuddur. Bunlardan yalnız 12-ni insan qulağı eşidə bilir. Məlumata görə bütün 12 imamın hər birinə məxsus səsi məhz bu məsciddədir. (Məscidin dağılma ehtimalı. 2023.04.24.).

Jame Asr Hassanil Bolkiah Məscidi. 1958-ci ildə Bruney Sulta tərəfindən inşa etdirilən məscid 6-cı yerdə dayanır. Ətrafındakı rəngarəng baxçaları, 24 əyarlı qızıl örtüklü qübbələri və minarələriylə dünyanın ən böyük və ən gözəl ibadət yerlərindən olan bu məscid 1994-cü ildə xalqa açılmışdır. (Məscidin dağılma ehtimalı. 2023.06.02.).

Feysəl məscidi 7-ci ən böyük məscidi olaraq bilinir. 1976-cı ildə Pakistan hökuməti, Səudiyyə Ərəbistandan alınan 130 milyon Səudiyyə riyali (təqribən bu günün 120 milyon dollar) ilə inşaasına başlandı və 1986-cı ildə tamamlandı. Burada eyni anda 74.000 insan ibadət edir. Yüksəklikləri 90 metrə çatan 4 ədəd minarəsi vardır. Bir çox məscidin əksinə Feysəl məscidində qübbə yoxdur. Onun yerində Ərəb Bedouinin çadırına oxşar üçkünc bir tavanı var.

Vaxtilə Böyük Britaniyanın siyasi xadimlərindən olan Ç.Çörçell yazırdı: “Həyatda mənimçün müsəlman məscidlərində olmaqdan gözəl heç nə yoxdur.

İ.Stalin isə xatirələrində qeyd edirdi: “…Mənim dumanlı düşüncələrimi sakitləşirdən, beynimə və ürəyimə toxtaqlıq verən… Müsəlmanların avazla oxuduqları Qurani-Kərimdir…”

V.V.Putin isə daha maraqlı bir açıqlama vermişdi: “Mənim stolumun üstündə çox gözəl nəfis şəkildə hazırlanmış Qurani-Kərim var. Onu mənə Azərbaycan Prezidenti H.Ə.Əliyev bağışladı. Hər gecə o müqəddəs kitabdan bir ay oxuyuram…

Amma dünya dəşiyir. Dəyişən dünyanı biz hələ ki, dəfn edə bilmirik. O məhvərindən çıxıb. Yer öz ətrafındakı oxu 8 sm şimala əyilib…

Qiyamət yaxınlaşıb. Onu geri qaytarmaq mümkün deyil. Dünyada soniki ayda 219 min ən qədim və qiymətli abidə dağılıb. 18 min müxtəlif ölçülü içində çox nadir xəzinələr, sərvətlər olan polad seyflər daşqınların, sunamilərin içində qeyb olub. Zəlzələ olacaqmı?.. İndi daşqınlar, sellər, sular gəlir. Sonda insanlar içməli su həsrətində olacaq. Çaylar, göllər quruyacaq. Yeni “Su Planı” xəritəsi işlənə bilərmi? Məsələn Xəzər dənizilə Qara dəniz arasında birləşdirici kanallar çəkilə bilərmi?..

Bütün bunlar yaşamaq üçündür… Təhlillərimizə görə Türkiyədən sonra, Romada güclü zəlzələlər baş verə bilər.

Vatikan tarixdə pis, yaxşı öz missiyasını yerinə yetirdiyi üçün dağılıb, toz halına düşəcək və s.

Biz bu qənaətlərə gəlincə 104 mənbəyə baxdıq.

Yenicə bitirdiyi “Monsey, mən gəldim… gördüm… indi gedirəm…” kitabındandır…

Redaksiyan: Bütün bu deyilənlərin açması tanınmış Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, professor Rövşən Novruzoğlunun “Moisey, mən gəldim, gedirəm kitasbını oxumaq bəs edər

 

Share: