Əsl adı Stefani Coan Ancelina Cermanotta olan müğənni və aktrisa Ledi Qaqa “Coker: İki nəfər üçün dəlilik” (“Joker: Folie à Deux”) filminin çəkilişi zamanı aktyor və heyətdən onun əsl adıyla çağırmamağı tələb edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kinematoqraf Larri Şeri bildirib.
Onun sözlərinə görə Qaqa çəkiliş meydançasında Li adlandırılmasını istəyib: “Sonra rejissor köməkçisi bizə dedi ki, bilirsiziniz, Stef istəyir ki, çəkilişdə ona sadəcə Li çağırasınız”.
Şer, Qaqanın Harli Kuin obrazına tamamilə girmək üçün bunu istədiyini ehtimal edib.
Qeyd edək ki, aprel ayında “Coker: İki nəfər üçün dəlilik” filminin rejissoru Todd Fillips Hoakin Feniks və Ledi Qaqanın baş rollarını oynadığı filmin çəkilişlərinin başa çatdığını elan edib.
“Coker”in birinci hissəsinin premyerası 2019-cu ildə baş tutub. Hoakin Feniks filmdəki baş roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Oskar”a layiq görülüb. Ondan əlavə filmin bəstəkarı Hildur Qadnaouttir də mükafat alıb.
İkinci hissənin süjetinə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və özü kimi dəlisov Harli Kuinlə rastlaşacaq.