Lerikdə məmur qohumu 13 yaşlı məktəblini dəfələrlə zorladı – Qız 4 aylıq hamilədir – VİDEO

Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşılan məlumatda bildirilir ki, Lerik rayonunda 7-ci sinif şagirdi zorlanaraq şantaj edilib. Onun 4 aylıq hamilə olduğu deyilir.

Qızın 4 ay müddətində videogörüntüləri ilə şantaj edildiyi bildirlir. Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Utandığından ailə Lerikdən gedib.

Deyilənə görə, azyaşlını zorlayan şəxs “Azərişıq” ASC ninin regional idarə rəisinin müavini Aydın Məmmədovun sürücüsü və qardaşı oğludur. Rəis müavini vəzifəsindən sui-istifadə edərək baş verən hadisəni gizlətmək üçün rayon prokurorluğuna rüşvət təklif edib.

Sosial media istifadəçiləri yayılan görüntülərə kəskin münasibət göstərərək daxili işlər naziri Ramil Usubovadan hadisənin təcili araşdırılmasını və məsuliyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.

Share: