Lerikdə zəlzələ baş verib.
Bu barədə “Qafqazinfo”ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:17-də Lənkəran stansiyasından 16 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Rəsmi məlumata görə, zəlzələ hiss olunmayıb.