Mərasimdə Ulu Öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib.
Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.
Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub.
Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.