Bu gün – dekabrın 30-da Bakıda Azərbaycan Yoqa Federasiyasının istiqamətlər üzrə rəhbərlərinin toplantısı keçirilib. Görülmüş işlər üzrə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb.
İclasda yoqanın Azərbaycanda populyarlaşmasında xidmətəri olan şəxslər, o cümlədən DTX rəhbəri Mədət Quliyev, olimpiya çempionu Elnur Məmmədli, yoqa üzrə beynəlxalq diplom sahibi, Yoqa Şiromani tituluna yiyələnmiş Elçin Quliyev və Azərbaycanda yoqanın digər təmsilçiləri iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi Yoqa Federasiyasının bugünkü iclası barədə məlumatlandırılıb. Leyla Əliyevanın Yoqa Federasiyasının prezidenti seçilməsi haqqında müvafiq hesabat nazirliyə göndərilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda yoqanın populyarlaşdırılması ilə fəal məşğul olur və tez-tez yoqanın təbliğinə həsr edilmiş tədbirlərdə iştirak edir. Belə ki, Leyla Əıliyeva 2017-ci il dekabrın 24-də Bakıda keçirilmiş yoqa üzrə master-klassda iştirak edib.
Müstəqil.Az