Limonun təkcə yeməkdə deyil,məişətdə da inanılmaz faydaları…

Limonun nə qədər dəyərli bir meyvə olduğunu hamı bilir.
Limonu mətbəxdən başqa gündəlik həyatımızı asanlaşdırmaq üçün necə istifadə istifadə edə biləcəyimizi sizinlə paylaşırıq.
Çox məqsədli limon təmizləyicisi
 
Bir limonun qabığını soyun və 150  ml sirkədə soyduğunuz qabıqları 1 gecə saxlayın.
Səhəri gün 150 ml su əlavə edərək qarışığı sprey başlıqlı şüşə bir qaba tökün və bu suyu evinizi təmizləyərkən işlədin.
Mətbəx taxtasını limonla təmizləyin
 
Mətbəx taxtalarını qab şampunu ilə təmizləmək əvəzinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək təmizləyə bilərsiniz.Bu əməliyyatı gündə iki dəfə təkrarlayın.
Ağ parçaları limonla təmizləyin
 
Ağ paltarlarınızı karbonat və limon suyu qarışığına qoyaraq daha da ağarda bilərsiniz.
Paltarlarınızı bu əməliyyatdan sonra paltaryuyan maşında yuya bilərsiniz.
Limonla manikür
 
Dırnaqları gücləndirmək üçün ilıq suya yarım limonun suyunu sıxın və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.
Çillərinizdən limonla qurtulun
 
Limonu dəri ləkələrinə və çillərə tətbiq edərək onlardan qurtula bilərsiniz.
Bir limonu ikiyə kəsin və üzünüzə sürtün. Bir neçə dəqiqə sonra ilıq su ilə yuyun.Üzünüzü nəmləndirməyi də unutmayın.
Ayaqqabı iyindən limonla qurtulun
 
Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.
Qoltuq altınızı limonla ağardın
 
Qoltuq altınızdakı qaralmanı limondan daha yaxşı ağardacaq bir şey yoxdur.
Limonun içindəki asit, qoltuq altı ləkələrinizi ölü hüceyrələri soyaraq yox edəcəkdir.
Hər gün duşdan öncə qoltuq altına yarım limon sürtün, bir necə dəqiqə sonra duş alın. 7 gün sonra nəticələri görəcəksiniz.

Share: