Argentina millisinin futbolçusu Lionel Messi şərəfini qoruduğu Fransa klubu PSJ ilə yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıb.
Məlumata görə, tərəflər arasında danışıqlar start götürüb.
Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun nümayəndələri ilə Qətərdə bir araya gəlib. O, Messi ilə ən azı daha 1 illik yeni sözləşmənin imzalanmasında maraqlıdır.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə hazırkı anlaşmasının müddəti mövsümün sonuna qədərdir.