Litva Xarici İşlər Nazirliyi Rusiya və Belarusla ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişləri ləğv etməyə hazırdır.
-nın məlumatına görə, bu təşəbbüslə bağlı Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, qərar adı çəkilən ölkələrin Ukraynaya qarşı davam edən hərbi təcavüzü ilə bağlıdır.
“Bu ölkələrlə əməkdaşlıq faktiki olaraq dayandırılıb və sazişləri ləğv etməyin vaxtı çatıb”, – press-relizdə deyilir.
Litva ilə onun şərq qonşuları arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlər iyirmi ildir qüvvədədir: 1993-cü ildən Rusiya ilə və 1994-cü ildən Belarusla. Bununla belə, Litva Xarici İşlər Nazirliyi vurğulayır ki, bu sazişlərdən birtərəfli qaydada çıxmaq Litva üçün mənfi nəticələr yaratmır.