Litvada NATO-nun təlim mərkəzi inşa olunacaq

Litvada NATO-nun təlim mərkəzi inşa olunacaq

“Merko” tikinti şirkəti 2024-cü ilin ortalarına qədər Litvada NATO-nun yeni təlim mərkəzini inşa edəcək.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

“Müqavilənin dəyəri vergilər daxil olmaqla təxminən 7 milyon avrodur. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, şirkət alyansın dəstək və satınalma agentliyi ilə müqavilə bağlayıb. Əməliyyatın digər təfərrüatları, eləcə də mərkəzin yeri barədə məlumat verilməyib.

Mənbə: rossaprimavera.ru

Share: