Litvada bir çox Rusiya qatarlarını Litva helikopterləri müşayiət edir. Uçuşların sayı isə dörd dəfə artıb.
Bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Bir çox Rusiya qatarları Litva helikopterlərinin müşayiəti ilə hərəkət edir. Buna səbəb qatarların dayanmadığına, nələrisə yükləmədiyinə və ya boşaltmadığına əmin olmaqdır. Litva sərhədçiləri hazırda 2020-ci ildə olduğundan dörd dəfə çox patrul uçuşu həyata keçirirlər, digər helikopterlər isə hərbi təlimlərdə iştirak edir”, – deyə məlumatda qeyd edilir.
Mənbə: TASS