Livan ermənisi Maral Nacaryan Şuşada yoxa çıxıb

Livan ermənisi Maral Nacaryan Şuşada yoxa çıxıb

Ermənistan mətbuatı ikinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş livanlı Maral Nacaryan haqqında yeni məlumat yayıb.

Müstəqil.Az xəbər verir ki, erməni KİV-ləri Azərbaycana qarşı döyüşlərdə iştirak edən qadının əsirlikdə olduğunu, onun xilas edilməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.

“Qırmızı Xaçın (BQXK) Livandan olan əməkdaşları Marala baş çəkiblər. Ailəsinə onun haqqında məlumat veriblər. Lakin Maral azadlığa çıxmayıb. Bu barədə Maralın bacısı Ani Nacaryan da bildirib”, – deyə erməni saytları yazıb.

Qeyd edək ki, Livan vətəndaşı olan Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşdüyü bildirilir.

Müstəqil.Az

Share: