Livanda Yeni il münasibətilə ənənəvi hava atışları MEA aviaşirkətinin təyyarələrinin zədələnməsinə səbəb olub.
Məlumata görə, iki ədəd “Airbus A321 neo” təyyarəsi naməlum güllələrə tuş gəlib.
Hadisə Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında baş verib.
Xatırladaq ki, mülki təyyarələrlə bağlı analoji hallar öncəki illərdə də yaşanıb. Lakin Livan hakimiyyətinin bütün çağırışlarına baxmayaraq, yerli vətəndaşlar böyük bayramlarda havaya atəş açmaq ənənəsindən əl çəkə bilmirlər.
Eyni zamanda, günahsız insanlar da tez-tez bayram atışlarından həlak olurlar.
Mənbə: rossaprimavera.ru