Kipr Sahil Mühafizəsi adadan 80 km aralıda suriyalı qaçqınların və qeyri-qanuni miqrantların olduğu üç qayığı saxlayıb.
-nın “Janoubia” agentliyinə istinadən verdiyi xəbərə görə, Livanın Minya limanından qaçaqmalçıların köməyi ilə Kiprə üz tutan 300 nəfər arasında qadın və uşaqlar da var.
Kipr hökuməti məcburi köçkünlər qrupuna adaya daxil olmaqdan qəti şəkildə imtina edib. Portal qeyd edib ki, böyük ehtimalla qanunsuz miqrantlar Livan və ya Suriyaya qaytarılacaq.