“Liverpul” – “Mançester”: Gərgin oyunda 7 qol

İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul” klubu “Mançester Siti”ni qəbul edib.

Müstəqil.Az xəbər verir ki, gərgin keçən oyun “Liverpul”un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Aleks Okslade-Çamberlein fərqlənib. 40-cı dəqiqədə “Mançester Siti”nin futbolçusu Leroy Sane cavab qolunu vurub: 1:1.

59-cu dəqiqədə Roberto Firminyo ev sahiblərini yenidən irəli çıxarıb. 61 dəqiqədə Sadio Mane, 68-də isə Mohamed Salah fərqlənib: 4:1.

“Mançester Siti” 83-cü dəqiqədə Bernardo Silvanın qolu ilə hesab arasındakı fərqi azaldıb. Oyuna əlavə edilmiş dəqiqələrdə isə İlkay Gündoğan yekun nəticəni müəyyən edib: 4:3.

Qeyd edək ki, hazırda “Mançester Siti” 22 oyundan 63 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” və “Liverpul” 47 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Eyni xala malik “Çelsi” isə dördüncü sırada qərarlaşıb.

Müstəqil.Az

Share: