Sentyabrın 10-da Liviyanın şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Liviya regional ofisinin fövqəladə hallar üzrə sağlamlıq qrupuna cavabdeh olan Hale Hudari deyib.
O bildirib ki, fəlakət bölgələrində 8 500 adam itkin düşüb, ölənlər arasında 25-i həkim olmaqla cəmi 101 səhiyyə işçisi var:
“Bu, Liviyanın səhiyyə sektoru üçün böyük itki sayılır”.
Qeyd edək ki, Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel fırtınası” sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.