
Ukrayna qarşıdakı günlərdə ABŞ, Böyük Britaniya və Fransa ilə keçiriləcək danışıqlarda iştirak edəcək.
“RBC-Ukraine” saytına istinadə xəbər verir ki, müzakirələrdə Kiyevi dörd yüksək vəzifəli şəxs təmsil edəcək.
Bildirilib ki, danışıqlarda Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sibiqa və Prezident Administrasiyası rəhbərinin müavini Pavel Palitsa iştirak edəcək.